
Mənim təcrübəm
Tövsiyyə
Rəqəmsal marketinq sahəsinə başlamaq düşündüyünüz qədər çətin deyil. Əslində, ilk addımlar üçün nə bahalı kurslara, nə də saatlarla kitab oxumağa ehtiyac var. Burada əsas şərt — praktik təcrübə toplamaq və daim öyrənməkdir.
Mən Necə Başladım?
4 il əvvəl eBay-də mağaza açaraq onlayn satışa başladım. Satışlarımı artırmaq və mağazama daha çox trafik cəlb etmək üçün araşdırmalar aparmağa başladım. Elə bu andan rəqəmsal marketinq sahəsinə ilk addımlarımı atmış oldum.
Dizayn Bilikləri
Satışları artırmaq üçün məhsul səhifələrinin dizaynının önəmini başa düşdüm. Paralel olaraq, Instagram hesabı açdım və postlar paylaşmağa başladım. Dizayn işlərini Canva vasitəsilə öyrəndim və daha sonra A-dan Z-yə Canva kursu da çəkdim.
Qeyd: Marketinq öyrənmək dizayndan başlamır, amma bu sahədə uğurlu olmaq üçün dizayn əsaslarını bilmək vacibdir.
Pulsuz Resurslar və Təcrübə
Daha sonra Coursera platformasından pulsuz kurslar aldım, lakin dil baryeri səbəbindən tam faydalana bilmədim. Buna görə ödənişsiz təcrübə proqramları axtarmağa başladım.
İlk təcrübəmi Təhsil Tələbə Krediti Fondunda SMM üzrə keçdim. Beləliklə, həm sahəni yaxından tanıdım, həm də yeni insanlarla tanış oldum.
Meta Reklamları və İlk Gəlirlər
SMM sahəsində daha da irəliləmək üçün Meta reklamları öyrənməyə başladım. Təcrübə proqramlarında reklam bacarıqlarını tam inkişaf etdirmək çətin olduğu üçün ilk dəfə ödənişli kursa qoşuldum. Bu kurs həm yeni biliklər, həm də yeni əlaqələr qazandırdı.
Bir müddət sonra artıq Meta reklam kampaniyaları quraraq müştərilərdən gəlir əldə etməyə başladım
Başlanğıc üçün bilməli olduğunuz əsas alətlər:
CapCut Pro – Video montaj üçün
Canva – Sadə dizayn işləri üçün
Adobe Photoshop – Peşəkar dizaynlar üçün
Excel – Hesabatlar və analiz üçün
Bu alətlər sizə freelance işlər tapmaqda da kömək edəcək.
Təqaüd Proqramı və Portfel
Techspace tərəfindən keçirilən təqaüd proqramına imtahanla qəbul oldum və 3500 manatlıq kursu tam ödənişsiz keçdim. Orada bir çox dəyərli marketoloqlarla tanış olub şəbəkəmi genişləndirdim.
Bu müddətdə freelance işlər görərək portfelimi formalaşdırdım. Kiçik gəlirlər əldə etsəm də əsas məqsədim təcrübə toplamaq idi.
Hazırda iki şirkətdə Rəqəmsal Marketinq Mütəxəssisi kimi çalışıram və paralel olaraq E-ticarət sahəsində yeni layihələr üzərində işləyirəm. Hədəfim Shopify üzrə tam ixtisaslaşmaqdır.
Əgər siz də rəqəmsal marketinqə başlamaq istəyirsinizsə, unutmayın: Bu sahə dayanmaq deyil, daim inkişaf etməyi tələb edir. Davamlı öyrənin, yeni bacarıqlar qazanın və insanlarla əlaqə qurun.
Uğurlar!