eBay Dropshippingə Başlamaq Üçün Büdcə Planlaması
eBay dropshipping biznes modeli az sərmayə ilə başlamaq üçün ideal olsa da, bəzi ilkin xərcləri nəzərə almaq vacibdir. Bu yazıda, eBay dropshipping işinə başlamaq üçün lazım olan əsas xərcləri və onların təxminən nə qədər olduğunu izah edəcəyik.
Başlanğıc Xərcləri
✅ eBay Hesab Açılışı – 0$
- eBay hesabı açmaq pulsuzdur, lakin bəzi premium mağaza seçimləri aylıq ödəniş tələb edə bilər.
✅ Payoneer Hesabı – 29.95$ (İllik)
- eBay ödənişlərini qəbul etmək üçün Payoneer hesabı lazımdır.
- Payoneer hesab açmaq ödənişsiz olsa da, illik kart xidmət haqqı 29.95$ təşkil edir.
✅ VPN və IP Təhlükəsizliyi – 5-10$/aylıq
- eBay dropshipping hesabınızı daha təhlükəsiz saxlamaq üçün stabil bir IP ünvanı istifadə etmək vacibdir.
✅ Məhsul Araşdırma Alətləri – 10-50$/aylıq
- eBay-da ən çox satılan məhsulları tapmaq üçün Zik Analytics, Terapeak və digər alətlərdən istifadə edə bilərsiniz.
✅ Reklam və Marketinq – 0-100$
- Yeni başlayanlar üçün reklam məcburi deyil, lakin daha çox müştəri cəlb etmək üçün eBay-in daxili reklamlarını (Promoted Listings) və Facebook Ads-dən istifadə edə bilərsiniz.
✅ İlk Sifarişlər və Nağd Pul Dövriyyəsi – 100-500$
- Müştəri sifariş verdikdə, siz əvvəlcə məhsulu tədarükçüdən alırsınız və sonra müştəriyə göndərilir.
- eBay ilk sifarişlər üçün pulu 14 gün saxladığı üçün müəyyən bir dövriyyə kapitalına ehtiyac ola bilər.
Ümumi Başlanğıc Büdcəsi
Kiçik büdcə ilə başlamaq mümkündür, lakin rahat işləmək üçün aşağıdakı xərcləri göz önündə saxlamalısınız:
- Minimum sərmayə: 50-100$ (yalnız əsas ödənişlər üçün)
- Rahat başlamaq üçün: 300-500$ (ilk sifarişlər və reklam üçün)
- Böyük miqyasda başlamaq üçün: 1000+$ (reklam və premium tədarükçü seçimləri ilə)
Son qeydlər
eBay dropshipping az sərmayə ilə başlamaq üçün əla biznes modelidir, lakin uğur qazanmaq üçün düzgün strategiyalar və nizamlı büdcə idarəçiliyi vacibdir. Əgər aşağı risklə qlobal satış platformasında biznes qurmaq istəyirsinizsə, bu model sizin üçün uyğun ola bilər! 🚀nim gravida turpis semper dictum egestas erat enim fringilla dui interdum velit urna, suspendisse accumsan hendrerit cras a, egestas mi pellentesque augue a, enim duis massa.
eBay Dropshippingə Başlamaq Üçün Nə Qədər Sərmayə Lazımdır?
eBay Dropshippingə Başlamaq Üçün Büdcə Planlaması eBay dropshipping biznes modeli az sərmayə ilə başlamaq üçün ideal olsa da, bəzi ilkin xərcləri nəzərə almaq vacibdir. Bu yazıda, eBay dropshipping işinə başlamaq üçün lazım olan əsas xərcləri və onların təxminən nə qədər olduğunu izah edəcəyik. Başlanğıc Xərcləri ✅ eBay Hesab Açılışı – 0$ ✅ Payoneer Hesabı –…
Dropshipping nədir?
E-Ticarətə Başlamağın Ən Asan Yolu Dropshipping, anbar və stok saxlamaq ehtiyacı olmadan onlayn satış etməyə imkan verən e-ticarət modelidir. Bu modeldə satıcı məhsulu fiziki olaraq almadan, müştəri sifariş verdikdə, tədarükçüyə sifariş göndərir və tədarükçü birbaşa müştəriyə məhsulu çatdırır. Yəni, siz məhsulu əvvəlcədən alıb saxlamaq məcburiyyətində deyilsiniz. Dropshipping Necə İşləyir? Niyə Dropshipping Seçilməlidir? ✅ Aşağı başlanğıc…